Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp Suriyanın bərpası prosesinə dəstək verəcəyini bildirib

2 dəq
Paylaş:
Donald Tramp Suriyanın bərpası prosesinə dəstək verəcəyini bildirib

Prezidenti Əhməd əl-Şaraa ilə ABŞ Prezidenti Tramp arasında olub. SANA agentliyinin yaydığı məlumata görə, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və gündəmdəki aktual məsələləri müzakirə ediblər.

Əhməd əl-Şaraa Suriyanın yenidən qurulması prosesində beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayıb. O, mövcud sanksiyaların aradan qaldırılmasının ölkə iqtisadiyyatının dirçəldilməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün vacib olduğunu qeyd edib. Suriya liderinin fikrincə, sanksiyaların ləğvi investisiya mühitini canlandıracaq və iqtisadi layihələrin reallaşdırılması üçün şərait yaradacaq.

Danışıqlar zamanı regional və mövcud gərginliklər də diqqət mərkəzində olub. Əl-Şaraa böhranların həlli üçün dialoq və diplomatik yanaşmanın zəruriliyini bildirib. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp regionda sabitliyin təmin edilməsinin və Suriyanın yenidən qurulması səylərinə dəstək verilməsinin vacibliyini ifadə edib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq kəsb edən məsələlər üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax