Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp İrana qarşı “iqtisadi D-Günü” elan etdi

2 dəq
Paylaş:
Tramp İrana qarşı “iqtisadi D-Günü” elan etdi

ABŞ Prezidenti İrana qarşı indiyədək tətbiq edilən ən sərt iqtisadi tədbirlərin başladığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Truth Social” hesabında Tehranla edən, ona maliyyə dəstəyi göstərən və ya infrastruktur imkanları yaradan ölkələrin ağır iqtisadi sanksiyalarla üzləşəcəyini bildirib.

Tramp yeni mərhələni İrana qarşı “iqtisadi D-Günü” adlandırıb. Sanksiyaların əsas hədəfləri sırasında neft qaçaqmalçılığı və qanunsuz ticarət, nağd pul köçürmələri, valyuta mübadiləsi, eləcə də gəmi reyestrləri və paravan şirkətlər vasitəsilə həyata keçirilən maliyyə əməliyyatları yer alır.

Yeni qərar Birləşmiş Ərəb Əmirliklərinin İranla bütün maliyyə və iqtisadi əlaqələri kəsdiyini açıqlamasından bir gün sonra verilib.

BƏƏ İran tərəfindən dəniz nəqliyyatına qarşı iki ballistik raketin atıldığını bildirib. İran silahlı qüvvələri isə Körfəz ölkələrini ABŞ-yə dəstək verməməyə çağırıb və Amerikanın qüvvələrinə göstərilən istənilən yardımın “suç ortaqlığı” kimi qiymətləndiriləcəyini bəyan edib.

Trampın açıqlamasında konkret ölkənin adı çəkilməsə də, yeni tədbirlərin əsas hədəflərindən birinin İran neftinin ən böyük alıcısı olan Çin olduğu bildirilir.

ABŞ Xəzinədarlıq Nazirliyi daha əvvəl Çində fəaliyyət göstərən müstəqil neft emalı zavodlarına qarşı bir sıra məhdudiyyətlər tətbiq edib.

Hürmüz boğazında gərginliyin davam etməsi isə qlobal enerji bazarlarına təzyiqi artırır. Dünyada daşınan xam neft və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi bu strateji su yolundan keçir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə