Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kanada və ABŞ arasında diplomatik gərginlik: Səfirin ölkədən çıxarılması tələb olunur

3 dəq
Paylaş:
Kanada və ABŞ arasında diplomatik gərginlik: Səfirin ölkədən çıxarılması tələb olunur

ilə ABŞ arasında münasibətlər Vaşinqtonun Ottavadakı səfiri Piter Hoekstranın fəaliyyəti ilə bağlı yaranan narazılıqlar fonunda yenidən gərginləşib. Kanadada səfirin ölkənin daxili siyasi proseslərinə müdaxilə və iki ölkə arasındakı münasibətlərə xələl gətirən açıqlamalar verdiyi iddia olunur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, səfirin ölkədən çıxarılması tələbi ilə Kanadada petisiya kampaniyasına başlanılıb.

İmza kampaniyasının təşəbbüskarları Hoekstranın ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanadanın ABŞ-nin tərkibinə qatılması ilə bağlı açıqlamalarına dəstək verdiyini bildirirlər.

Hoekstra iyun ayında verdiyi açıqlamada Kanadanın ABŞ tərəfindən ilhaq edilməsinin Mark Karni və Donald Tramp arasında müzakirə oluna biləcək “maraqlı mövzu” olduğunu deyib. Bu açıqlama Kanadada ciddi narazılıqla qarşılanıb.

Səfir daha sonra Halifax şəhərində keçirilən tədbirdə Kanadadakı seçki kampaniyalarında “Amerika əleyhinə” ritorikanın istifadəsindən narahatlığını ifadə edib.

Hoekstra ABŞ-nin Kanadaya tətbiq etdiyi gömrük rüsumlarının “” kimi təqdim edilməsini də tənqid edib. O, həmçinin kanadalı siyasətçilərin ABŞ-yə səfərlərdən çəkinmək çağırışlarına və Amerika məhsullarına qarşı boykot kampaniyalarına münasibət bildirib.

Kanadada səfirin bu açıqlamaları diplomatik protokola uyğun olmayan müdaxilə kimi qiymətləndirilir.

Kanada Yaşıl Partiyasının lideri Elizabet Mey məsələni parlament səviyyəsində gündəmə gətirməyə hazırlaşır. Hazırlanan sənəddə Liberal Partiya hökumətindən Hoekstranın “persona non grata” — arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılması tələb olunur.

Sənəddə, həmçinin ABŞ-nin Kanada siyasətinə mümkün diplomatik müdaxilələrini araşdırmaq üçün xüsusi parlament komitəsinin yaradılması təklif edilir.

Qeyd edək ki, Kanada hökuməti daha əvvəl də xarici müdaxilə iddiaları fonunda diplomatları ölkədən çıxarıb. 2023-cü ildə Çin diplomatı Çjao Vey, 2024-cü ildə isə Hindistanın altı diplomatı ölkəni tərk etməli olub.

Müşahidəçilər hesab edirlər ki, səfir ətrafında yaranan qalmaqal Kanada ilə ABŞ arasında son dövrlərdə artan siyasi və ticarət gərginliyini daha da dərinləşdirə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax