Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşına polis baş leytenantı rütbəsi verilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov polis baş leytenantı rütbəsinə layiq görülüb.