Operativ Məlumat Mərkəzi

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

1 dəq
Paylaş:
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən...

Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər