Operativ Məlumat Mərkəzi

Deputatlar peşəkar mühasib sertifikatının verilməsinə görə imtahanın ödənişli olmasına razılıq veriblər

1 dəq
Paylaş:
Deputatlar peşəkar mühasib sertifikatının verilməsinə görə imtahanın ödənişli olmasına razılıq veriblər
Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı...

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik tlayihəsi parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər