Son 20 il ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınmasında 51 % artım qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.
Belə ki, ADY-nin şəhərətrafı və ölkədaxili marşrutları üzrə 2023-cü ildə rekord sayda 7 milyon sərnişin daşınıb. 2003-cü ildə isə bu göstərici 4,7 milyon təşkil edib.