İranın cənubunda baş verən silahlı hücum və ya hava zərbəsi nəticəsində həlak olan tələbələrin sayı ilə bağlı son məlumatlar açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" İran KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən gənclərin sayı 36 nəfərə çatıb.
Hadisənin başvermə şəraiti və hücumun hədəfləri barədə hələlik geniş məlumat verilməsə də, rəsmi dairələr faktı təsdiqləyiblər.
Hazırda ərazidə xilasetmə və təhlükəsizlik tədbirləri davam etdirilir.
Mənbələr qurbanların sayının arta biləcəyini istisna etmirlər.