Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda ABŞ və İsrailin zərbələri nəticəsində ölənlərin sayı 787-yə yüksəlib

1 dəq
Paylaş:
İranda ABŞ və İsrailin zərbələri nəticəsində ölənlərin sayı 787-yə yüksəlib

İranda və İsrail tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində həyatını itirənlərin sayı 787 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İran Aypara Cəmiyyəti yayıb.

Xilasedicilərin rəsmi bəyanatında bildirilir ki, ölkənin 153 şəhər dairəsi hücumlara məruz qalıb.

Əvvəlki məlumatlarda ölənlərin sayının 555 nəfər qeyd edilsə də, son araşdırmalar itkilərin daha böyük olduğunu üzə çıxarıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail qüvvələri İranın müxtəlif bölgələrinə, o cümlədən paytaxt Tehrana endirməyə başlayıb. Hücumlar nəticəsində mülki əhali arasında itkilərin olduğu və infrastrukturun ciddi zərər gördüyü bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax