Filippinin cənubundakı Mindanao bölgəsində iyunun 8-də baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 45 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində 630 nəfər yaralanıb, 17 nəfərin isə taleyi hələ də naməlum olaraq qalır.
Milli Fəlakət Riskinin Azaldılması və İdarəolunması Şurasının açıqlamasında qeyd olunub ki, zəlzələ nəticəsində 2 994 evə ziyan dəyib.
Filippin Ordusu da təbii fəlakətdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə qruplarının fəaliyyət göstərdiyini açıqlayıb.
Qeyd edək ki, seysmik və vulkanik qurşaqda yerləşən Filippində güclü zəlzələlər tez-tez baş verir.