Avqustun 26-da dağıdıcı sel fəlakəti nəticəsində Nepalda ölənlərin sayı 1127 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Nepal polisi məlumat yayıb.
Bildirilib ki, həlak olanlardan 911 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib.
Eyni zamanda, 4858 nəfərin itkin düşdüyü bildirilir və axtarış-xilasetmə işləri davam etdirilir.
Çinin “Xinhua” agentliyi isə Tibetdəki Gironq sərhəd-keçid məntəqəsinin mərkəzi hissəsində nəqliyyatın bir neçə gün davam edən fasiləsiz təmir işlərindən sonra bərpa olunduğunu bildirib.
Xilasedicilərin sözlərinə görə, yolun digər tərəfində yerləşən fəlakət zonasına humanitar yardım və xilasetmə avadanlıqları çatdırılıb.
Regional hökumətin son məlumatına əsasən, sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 546 nəfər isə itkin düşüb.
İtkinlər arasında 23 ölkədən 261 xarici vətəndaşın olduğu qeyd edilir.