Operativ Məlumat Mərkəzi

Daha 3 itkin şəhidimiz dəfn olunacaq - FOTO

1 dəq
Paylaş:
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin dəfn mərasimi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Məmmədov Tərlan Fikrət oğlu fevralın 7-si Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu, Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu, Seyidsadıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Screenshot_12.png

Bu xəbəri paylaş

Oxşar xəbərlər