Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistanda Xameneinin ölümünə görə komendant saatı elan edildi

2 dəq
Paylaş:
Pakistanda Xameneinin ölümünə görə komendant saatı elan edildi

Pakistanda İranın dini Ayətullah Əli Xameneinin ABŞ və İsrail tərəfindən təşkil edilən hücum nəticəsində öldürülməsi xəbəri ölkədə kütləvi iğtişaşlara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Dawn" qəzetinə istinadən xəbər verir ki, xüsusilə Gilgit-Baltistan bölgəsində nümayişlər şiddətli xarakter alıb.

Hadisələrin gərginləşməsi ilə əlaqədar Skardu şəhərində elan edilib.

Etirazçılar Təşkilatının (BMT) ofislərinə hücum edib, təhsil müəssisələrini və polis məntəqələrini yandırıblar.

Yerli polis əhalini təmkinli olmağa çağıraraq, dövlət əmlakının qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.

Bölgədəki bütün xarici turistlər təhlükəsiz ərazilərə təxliyə edilib. Strateji yollar səbəbindən hərəkət üçün bağlanıb. Mağazalar, bazarlar və ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırılıb.

Qeyd edək ki, dalğası Pakistanın digər böyük şəhərlərini də bürüyüb. Qaraçi şəhərində ABŞ konsulluğuna hücum etməyə çalışan qrupla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Paytaxt İslamabadda 2, Gilgit-Baltistan bölgəsində isə 12 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Hazırda ölkənin bir çox regionunda vəziyyət gərgin olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax