Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fevralın 2-də kriptovalyuta bazarında kəskin ucuzlaşma

1 dəq
Paylaş:
Fevralın 2-də kriptovalyuta bazarında kəskin ucuzlaşma

Fevral ayının 2-də kriptovalyuta birjalarında qiymətlərin enməsi alınıb. Xüsusilə bazarın lideri olan “” son sutka ərzində əhəmiyyətli itkisi yaşayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “CoinMarketCap” platformasına istinadən xəbər verir ki, “Bitcoin” son 24 saatda 4,11% ucuzlaşaraq 75 447 dollarına enib.

Bu, kriptovalyuta bazarında ümumi mənfi tendensiyanın davam etdiyini göstərir.

Eyni dövrdə “” da dəyər itirib. Sözügedən kriptovalyutanın qiyməti 8,88% azalaraq 2 218 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bazarda ilk beşlikdə yer alan digər aktivlərdən XRP son sutkada 5,69%, BNB isə 3,96% ucuzlaşıb.

Xatırladaq ki, “Bitcoin”in tarixi maksimum qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb. Həmin dövrdə aparıcı kriptovalyutanın dəyəri 126 min ABŞ dollarını ötüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax