Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Koordinasiya Şurası iclas keçirdi

2 dəq
Paylaş:
Koordinasiya Şurası iclas keçirdi

yolu ilə əldə əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Şurasının növbəti iclası keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov 2026-cı il iyulun 5–10-da Bakıda keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bildirilib ki, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təsdiq edilmiş İş planının icra vəziyyəti Koordinasiya Şurasının və aidiyyəti dövlət orqanlarının diqqət mərkəzindədir.

İclasda Maliyyə Monitorinqi tərəfindən 2023-cü və 2024-cü illər üzrə aparılmış effektivlik üzrə özünüqiymətləndirmə hesabatından irəli gələn məsələlər üzrə aidiyyəti dövlət orqanlarının gördüyü işlər barədə Koordinasiya Şurası üzvlərinin təqdim etdiyi məlumatlar dinlənilib və müzakirə edilib.

Eyni zamanda, " Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi" hesabatı Koordinasiya Şurası tərəfindən təsdiq edilmişdir və Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax