ABŞ prezidenti Co Bayden bu həftə Berlində Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, Bayden Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə Ukraynadakı münaqişəni müzakirə edəcəklər.
Oktyabrın 14-də Almaniya Nazirlər Kabinetinin sözçüsü Volfqanq Büxner Baydenin bu həftənin sonunda Almaniyaya səfər edəcəyini təsdiqləyib.
Daha əvvəl “Spiegel” jurnalı öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti oktyabrın 18-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şolzla danışıqlar aparmağı planlaşdırır.