Civə satan şəxs saxlanılıb

Civə satan şəxs saxlanılıb
28.03.2023 10:57
Aa
dəq

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə gətirilmiş insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaş ilə cinayət əlaqəsinə girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi və orada 200 min manata satmaq istəməsi məlum olub. Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2 ədəd şüşə qabda ümumi çəkisi 1 kq 700 qram olan civə aşkarlanaraq götürülüb. Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu