Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AQEM Azərbaycanın sədrliyini və təşkilatdakı fəal rolunu yüksək qiymətləndirib

1 dəq
Paylaş:
AQEM Azərbaycanın sədrliyini və təşkilatdakı fəal rolunu yüksək qiymətləndirib

Asiyada Qarşılıqlı Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyi Azərbaycanın təşkilata sədrliyi dövründəki fəaliyyətini müsbət dəyərləndirib. Qurumun rəsmi "X" hesabında yerləşdirilən paylaşımda xalqı Müstəqillik Günü münasibətilə təbrik edilib və ölkəyə sülh, firavanlıq arzulanıb.

Məlumatda Azərbaycanın sədr qismindəki rolu xüsusi vurğulanıb: "Biz Azərbaycanın AQEM-in sədri kimi fəal və perspektivli yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi altında institusional inkişaf və Bakıda keçiriləcək AQEM sammitinə hazırlıq istiqamətində fəal səylər davam edir, bu da regionda etimadın, tərəfdaşlığın və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax