Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların təsdiqlənmiş sayı 3 748-ə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, xəstəlikdən ölənlərin sayı isə 1 657-yə yüksəlib.
Son 24 saat ərzində daha 74 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər həyatını itirib, 42 xəstə isə sağalaraq evə buraxılıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola virusunun yayılmasının davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə etmişdi.
ÜST bəyan edib ki, yoluxma hallarının artması, xəstəliyin yayıldığı ərazilərin genişlənməsi və ölüm göstəricisinin yüksək olaraq qalması ölkədə ictimai səhiyyə sahəsində vəziyyətin sürətlə ağırlaşdığını göstərir.