ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hərbi əməliyyatlar fonunda İsraildə yaralananların sayı 6 594 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi sosial şəbəkələrdə rəsmi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hazırda İsrail xəstəxanalarında 125 nəfər müalicə alır ki, onlardan 16 nəfərin vəziyyəti ağırdır. Təkcə son 24 saat ərzində ölkə ərazisində daha 148 nəfər yaralanıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.