Çin hökuməti altı ABŞ təşkilatına qarşı məhdudiyyətlər tətbiq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər "Applied DNA Sciences", "Stratum Reservoir", "Altana Technologies", "Responsible Business Alliance", "Verité Group" və "Human Rights in China" təşkilatlarını əhatə edir.
Qeyd olunub ki, qərar Çinin xarici sanksiyalara qarşı fəaliyyət göstərən milli koordinasiya mexanizminin təsdiqi ilə qəbul olunub.
Rəsmi Pekin bəyan edib ki, bu addım Vaşinqtonun Çin şirkətləri və qurumlarına qarşı "məcburi əmək" iddiaları əsasında tətbiq etdiyi sanksiyalara cavab xarakteri daşıyır.