Çexiya Xarici İşlər Nazirliyi Rusiya diplomatları üçün əvvəlki hökumət tərəfindən irəli sürülən və 19-cu Avropa İttifaqının sanksiya paketinə daxil edilmiş daha sərt səyahət qaydalarını ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, Çexiya xarici işlər naziri Petr Macinka, ölkənin əvvəlki Baş naziri Petr Fialanın təşəbbüsü ilə irəli sürülən Rusiya diplomatlarının Aİ ölkələrinə səyahətlərini məhdudlaşdıran tədbirləri ləğv edib.
Məhdudlaşdırıcı tədbirlərin 25 yanvarda qüvvəyə minməsi planlaşdırılırdı. Sanksiyalar paketinin şərtlərinə əsasən, Aİ ölkələrində akkreditə olunmuş Rusiya diplomatları tranzit də daxil olmaqla, sərhədini keçmək niyyətində olduqları Şengen zonası dövlətinin hakimiyyət orqanlarına məlumat verməlidirlər.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Aİ Rusiyaya qarşı sanksiyaların 19-cu mərhələsini təsdiqləyib və əsasən neft və qaz ixracını hədəf alıb.