Hesablama Palatası ötən il apardığı yoxlamaların nəticəsi olaraq 3 dövlət qurumu ilə bağlı materialları Baş Prokurorluğa göndərib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb.
Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.