Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB

Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB
25.04.2025 13:07
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub.
Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub.
Nazir Ceyhun Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəliş edilməsinin sülh sazişinin imzalanması üçün ilkin şərt olduğunu və bunun ölkəmizin uzunmüddətli və prinsipial mövqeyi olduğunu bir daha vurğulayıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Ceyhun Bayramov və Kaya Kallas arasında təkbətək görüş başlayıb.

Ceyhun Bayramov təkbətək görüş barədə paylaşımında bildirib ki, Azərbaycan-Avropa İttifaqı ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri gündəmin əsas mövzusudur.

“Qarşılıqlı maraqlara və anlaşmaya əsaslanan hörmətli, balanslaşdırılmış dialoqun davam etdirilməsi vurğulanıb”, - nazir qeyd edib.

Həftənin ən çox oxunanları