Ceyhun Bayramov UNESCO-nun nümayəndəsi ilə görüşüb

Ceyhun Bayramov UNESCO-nun nümayəndəsi ilə görüşüb
04.04.2023 16:54
Aa
dəq

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimdə iştirak məqsədilə Azərbaycana səfər edən UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth və Qvineya Respublikası, Konqo, Kot-d’İvuar, Niger, Benin, Toqo, Burkina Faso, Ekvatorial Qvineya, Cibuti, Qabonun UNESCO üzrə Milli Komissiyalarının baş katibləri ilə görüşüb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Afrika ölkələri arasında çoxtərəfli, o cümlədən UNESCO çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirərək Azərbaycanın cari ilin mart ayında Bakıda keçirilən QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək göstərmək məqsədilə 2 fond üzrə qlobal çağırış bəyan etdiyini diqqətə çatdırıb.

Ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirən nazir bu xüsusda Azərbaycanın donor ölkə qismində təhsil, mədəniyyət, idman və elm sahələrində UNESCO ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi sahəsində Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün keçirilmiş təlim proqramının faydalı olacağına dair inam ifadə olunub.

Azərbaycanın COVID-19 pandemiyası dövründə qlobal təhsil koalisiyasının üzvü kimi dünyanın müxtəlif ölkələrində həyata keçirilən təhsil layihələrinə dəstək verdiyini bildirən Ceyhun Bayramov xüsusilə bir sıra ölkələrdə qızların təhsil almasına yönələn fəaliyyətlərin təşviqinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Nazir həmçinin təlim iştirakçılarını 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Azərbaycanın post-münaqişə dövründə bölgədə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanla sülh prosesi barədə məlumatlandırıb. Post-münaqişə dövründə Ermənistan tərəfindən sülh prosesinə maneçilik törədən hərbi-siyasi təxribatların törədilməsinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu diqqətə çatdırılıb.

UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün nəzərdə tutulmuş təlim proqramının təşkilinə görə təşəkkür edib. Sözügedən təlim proqramının UNESCO çərçivəsində Azərbaycan və Afrika ölkələri arasında əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu