Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə geniş tərkibdə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Onlar əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və s. potensialından istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıb, BMT, Qoşulmama Hərəkatı, İƏT daxilindəki əməkdaşlıq barədə danışıblar.
Qeyd olunub ki, COP29-a sədrlik Azərbaycanın mühüm fəaliyyət platformalarından biridir.
Görüş zamanı, həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalidən olan həmkarı Əhməd Moallim Fiqi ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Ə.M.Fiqi Azərbaycanda rəsmi səfərdədir.
Tərəflər arasında ikitərəfli və geniştərkibli görüşdən sonra onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.