Ceyhun Bayramov: Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb

Ceyhun Bayramov: Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb
27.04.2023 13:56
Aa
dəq

Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb, hər zaman bu münasibətlərin müsbət müstəvidə inkişafının tərəfdarı olmuş, buna səylər göstərmişdir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

“Münasibətlər fikir ayrılıqları olan zamanda belə Azərbaycanda təmaslardan çəkinməyib, təmaslar intensiv formada davam edib. Biz bu cür təmaslara hər zaman açığıq. Bu müstəvidə xanım Ketrin Kalonnanın ölkəmizə səfərini müsbət qiymətləndiririk.

Bizim ölkələrimiz arasında parlamentlərarası əlaqələr də mövcuddur: parlamentlərarası dostluq qrupları fəaliyyət göstərmişdir. Qarşılıqlı investisiyaların həcmli çox milyardlı investisiyalar edilmişdir.
Eyni zamanda, biz onu da qeyd etməliyik ki, 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə, yəni Azərbaycan Respublikası öz Konstitusiyasına və BMT-nin Nizamnaməsinə və legitim hüquqlarına əsasən, öz torpaqlarına azad etdikdən sonra Ermənistan-Azərbaycan arasında postmünaqişə dövründə, yumşaq sözlə desək, ölkələrimiz arasında fikir ayrılıqları mövcud olmuşdur. Bu son iki il yarımlıq müddəti siyasi gündəlik baxımından dəyərləndirsək, yeni siyasi təmasların yeni layihələrin inkişafına deyil, hansısa qarşılıqlı diplomatik debatlar, fikir ayrılıqların nümayişi fonunda keçmişdir!, - o, əlavə edib.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu