Bu il Bakı və Abşeronda DVB-T2 standartlı HD formatlı sınaq yayımı həyata keçiriləcək

Bu il Bakı və Abşeronda DVB-T2 standartlı HD formatlı sınaq yayımı həyata keçiriləcək
19.01.2024 12:04
Aa
dəq

Bu il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımı həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Audiovizual Şuranın icazəsi ilə Bakı şəhəri ərazisindəki "Alternativ" RTYS-dən seçilmiş TV yayım kanalları və FM işçi radiotezliklərində yerinə yetirilmiş sınaq yayımlarının nəticələri təhlil olunub və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin əməkdaşları ilə müzakirə olunub.

Bakı şəhəri və Abşeron yarımadası ərazisində, həmçinin ölkəmizin bütün bölgələrində DVB-T standartlı yerüstü televiziya yayımından daha keyfiyyətli DVB-T2 standartlı televiziya yayımına keçilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılıb, abonentlərin bu keçidə hazırlıq səviyyəsi öyrənilib, tərəfimizdən müvafiq arayış hazırlanıb və nəticə olaraq "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə birgə 2024-cü il ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində DVB-T standartlı SD formatlı yayımla yanaşı DVB-T2 standartlı HD formatlı sınaq yayımının həyata keçirilməsi qərara alınıb.

Həftənin ən çox oxunanları

KTN-də yeni təyinat - FOTO

KTN-də yeni təyinat - FOTO
DAVAMIN OXU davamın oxu

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıb

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıb
DAVAMIN OXU davamın oxu

MŞ Vasif Səmədovun vəfat ilə bağlı başsağlığı verib

MŞ Vasif Səmədovun vəfat ilə bağlı başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
DAVAMIN OXU davamın oxu

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
DAVAMIN OXU davamın oxu