Bu gün daha 22 ailə Laçına yola salınıb

Bu gün daha 22 ailə Laçına yola salınıb
Qarabağ
22.07.2023 09:21
Aa
dəq

İyulun 22-də daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün daha 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Azertac

Həftənin ən çox oxunanları