Böyük Britaniyanın "The Telegraph" nəşri İranın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Baraka" atom elektrik stansiyasına (AES) mümkün zərbəsinin ağır nəticələrə səbəb olacağını iddia edib.
Məqalədə qeyd olunur ki, İranın yeni açıqladığı hədəflər siyahısında Əbu-Dabidən 290 kilometr aralıda, Fars körfəzi sahilində yerləşən "Baraka" AES də var. Nəşrin ekspertləri bu addımın region üçün uzunmüddətli və dağıdıcı fəsadlar verəcəyini vurğulayırlar.
Qəzetin təhlilinə görə, əsas təhlükələr aşağıdakılardan ibarətdir:
- İranın zənginləşdirilmiş uran ehtiyatlarına malik olma ehtimalı;
- Tehranın rəqiblərinə qarşı alternativ təsir vasitələrindən, o cümlədən regiondakı AES-lərə hücumlardan istifadə etmə riski.
Xatırladaq ki, bir müddət əvvəl İran "ABŞ"-ın onun ərazilərində quru əməliyyatlarına başlayacağı təqdirdə Bab-əl-Məndəb boğazını bağlayacağı ilə hədələmişdi.