Braziliyanın Parana ştatında magistral yolda baş verən zəncirvari yol qəzasında 7 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 11 nəfər yaralanıb.
Rəsmilər qəzada ən azı 20 avtomobilin iştirak etdiyini və onlardan birinin tamamilə yandığını, ölənlərin sayının artmacağını qeyd ediblər.