Operativ Məlumat Mərkəzi

Böyük Britaniya "Microsoft"un "Activision Blizzard"ı satın almasına mane olur

1 dəq
Paylaş:
Böyük Britaniya "Microsoft"un "Activision Blizzard"ı satın almasına mane olur
CMA-dan verilən açıqlamada, "Microsoft" "Activision Blizzard" ilə bulud müqaviləsi oyun bazarın gələcəyini dəyişəcəyi ilə bağlı narahatlıqlara görə...

Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) "Microsoft"un kompüter oyunları şirkəti "Activision Blizzard"ı almasına mane olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, CMA-dan verilən açıqlamada, "Microsoft" "Activision Blizzard" ilə bulud müqaviləsi oyun bazarın gələcəyini dəyişəcəyi ilə bağlı narahatlıqlara görə bloklandığı bildirilib.

Açıqlamada, CMA-nın yekun qərarının "Microsoft"un bu narahatlıqları aradan qaldırmaq üçün adekvat həllər təqdim etməməsindən sonra qəbul edildiyi ifadə edilib.

"Microsoft" 2022-ci ilin yanvarında "Activision Blizzard"ı təxminən 69 milyard dollara almaq planını açıqlayıb. CMA 2022-ci ilin sentyabrında müqavilənin nəzərdən keçirilməsinə başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər