Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib

Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib
13.09.2023 11:37
Aa
dəq

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edib.

Azərbaycanın və Türkiyənin Bolqarıstandakı Səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə, həmçinin Bolqarıstan Milli Assambleyasının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin sonunda Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edən azərbaycanlı və türk sənətçilərlə görüşüb, onlarla söhbət edib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu