İyunun 22-si Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.