Əsas məzmuna keç

Azovda həlak olan 4 azərbaycanlının cənazəsi ölkəyə gətirilir

Azovda həlak olan 4 azərbaycanlının cənazəsi ölkəyə gətirilir

Rusiya-Ukrayna müharibəsi zonasında həyatını itirən soydaşlarımızın nəşi Azərbaycana təhvil verilir. Yaxınları faciəvi şəkildə dünyasını dəyişən şəxslərin kimliyini açıqlayıb.

ru en

Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində olan 4 vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

"Müvafiq prosedurlar tamamlandıqdan sonra aşkarlanmış 4 Azərbaycan vətəndaşının cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşın yaxın günlərdə Azərbaycana yola salınması nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…