Operativ Məlumat Mərkəzi

BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması müzakirə olunub

1 dəq
Paylaş:
BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması müzakirə olunub
bu barədə müzakirələr Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb. Tatyana Valovaya Qoşulmama...

Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə müzakirələr Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər