Əsas məzmuna keç

BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması müzakirə olunub

BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması müzakirə olunub

bu barədə müzakirələr Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb. Tatyana Valovaya Qoşulmama...

İlham Əliyev və BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya BMT sistemində vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyini müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…