Operativ Məlumat Mərkəzi

BMT-nin baş katibi Misirə gedib

1 dəq
Paylaş:
BMT-nin baş katibi Misirə gedib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Misirin Qəzza zolağı ilə sərhədindəki “Rafah” keçid məntəqəsinə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, nəzarət buraxılış məntəqəsində su, benzin, dərman və ərzaqla dolu çox sayda yük maşını gördüyünü bildirən Quterreş, bu humanitar yardımın Qəzza sakinləri üçün ölümlə həyat arasındakı xətt olduğunu diqqətə çatdırıb.

O, tərəfləri humanitar yardımın göndərilməsinin başlanmasını sürətləndirməyə və yardımın Qəzzaya çatması üçün atəşkəs razılığına gəlməyə çağırıb.

Qeyd edək ki, HƏMAS İsraillə atəşkəs razılığı əldə olunacağı təqdirdə əsirlikdə olan israillilərin çoxunu sərbəst buraxacaqlarını açıqlayıb.

İsrail tərəfi isə hələlik bu çağırışa cavab verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər