BMT Baş katibinin köməkçisi: “Minalar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır”

BMT Baş katibinin köməkçisi: “Minalar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır”
26.05.2023 15:12
Aa
dəq

"Minatəmizləmə təkcə Azərbaycan üçün deyil, bir çox başqa ölkələr üçün də çox böyük problemdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev deyib.

“Bir çox insan minaların qurbanı olur. Təəssüf ki, əksər hallarda onlar qadınlar və uşaqlardır. Buna son qoymaq lazımdır”, - o bildirib.

Onun sözlərinə görə, minalar həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa problem yaradır, çünki onlar kənd təsərrüfatı ilə məşğul olanlar üçün maneədir: “Azərbaycanı belə mühüm konfransın keçirilməsinə görə təbrik etmək istərdim. Ümid edirəm ki, belə tədbirlər təkcə Azərbaycanın paytaxtında deyil, digər ölkələrdə də keçiriləcək”.

Baş katibin köməkçisi xatırladıb ki, BMT Azərbaycan daxil olmaqla, müxtəlif ölkələrdə minatəmizləmə prosesini maliyyələşdirir.

O ümid edir ki, Azərbaycan ərazilərinin minalarla çirklənməsinin miqyası nəzərə alınmaqla bu prosesin maliyyələşdirilməsi artırıla bilər.

Həftənin ən çox oxunanları

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlə oğlu təməlqoyma mərasimində

Prezidentlə oğlu təməlqoyma mərasimində
DAVAMIN OXU davamın oxu

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu