Operativ Məlumat Mərkəzi

Birinci nəsil "iPhone" rekord qiymətə satılıb

1 dəq
Paylaş:
Birinci nəsil "iPhone" rekord qiymətə satılıb
bu texnologiya ilkin qiymətindən 300 qat baha satılıb. İlkin satış qiyməti 599 dollar olan 4 GB yaddaşa sahib bu cihazın birinci təklifi 10 min dollar...

"Apple" şirkətinə məxsus 2007-ci ildə istehsal olunan birinci nəsil "iPhone" modeli hərraca çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu texnologiya ilkin qiymətindən 300 qat baha satılıb.

İlkin satış qiyməti 599 dollar olan 4 GB yaddaşa sahib bu cihazın birinci təklifi 10 min dollar olub. Ümumilikdə 28 təklif alan smartfon sonda 63 356 dollara öz yeni sahibinə təqdim olunub.

Xatırladaq ki, "iPhone" "Apple" şirkətinin ən uğurlu məhsulu olub və "Time" jurnalı tərəfindən "2007-ci ilin icadı" adlandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər