Operativ Məlumat Mərkəzi

Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

1 dəq
Paylaş:
Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, zəlzələ hiss olunmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər