Operativ Məlumat Mərkəzi

Bəzi ərazilərdə görünüş 200 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi ərazilərdə görünüş 200 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA
bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli,...

Azərbaycanda dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən hava şəraiti sabit, əsasən yağmursuz keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Tərtər, Sumqayıt, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər