"Bayer"in müdafiəçisi Odilon Kossunou icarə əsasında "Atalanta" klubuna keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı Kot-d'İvuarlı 2024/25 mövsümünün sonuna qədər İtaliya klubunda oynayacaq.
Kossunou 2021-ci ilin iyulundan "Bayer"də çıxış edir. Ümumilikdə Leverkuzendə 101 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.