"Bavariya" Zidanla maraqlanmır

"Bavariya" Zidanla maraqlanmır
30.03.2024 02:38
Aa
dəq

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan bu mövsümün sonunda "Bavariya"ya rəhbərlik etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münxen rəhbərliyi Fransız mütəxəssisin xidmətlərində maraqlı deyil.

Zidanın rəhbərliyi altında "Real" Çempionlar Liqasında üç dəfə qalib gəlib və iki dəfə İspaniya çempionu olub.

Bundan əvvəl "Bavariya" komandanın baş məşqçisi Tomas Tuxelin 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını elan etmişdi.

Münxenlilər Almaniya çempionatının 26 turundan sonra 60 xalla ikinci yeri tuturlar. Komanda lider "Bayer"dən 10 xal geri qalır.

Həftənin ən çox oxunanları