İranın paytaxtı Tehranda "Bəsic" milis qüvvələri şəhər küçələrində patrul xidmətinə cəlb olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.
Məlumata görə, ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlarla eyni vaxtda Tehranın 22 rayonunda milis qüvvələri fəaliyyətə başlayıb.
Qeyd edək ki, "Bəsic" qüvvələrinin bu fəaliyyəti regionda hərbi və siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Hazırda paytaxtın bütün strateji nöqtələrində nəzarətin gücləndirildiyi bildirilir.