Operativ Məlumat Mərkəzi

Baş prokuror: "Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək"

1 dəq
Paylaş:
Baş prokuror: "Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək"
“Bu gün Laçın Rayon Prokurorluğunun inzibati binasının açılışını etdik. Hesab edirəm ki, bu, prokurorluğun tarixində çox mühüm hadisədir”. "Operativ...

“Bu gün Laçın Rayon Prokurorluğunun inzibati binasının açılışını etdik. Hesab edirəm ki, bu, prokurorluğun tarixində çox mühüm hadisədir”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, prokurorluq orqanları Laçında rayon işğaldan azad olunduqdan sonra da fəaliyyət göstərirdi: "Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”.

K.Əliyev sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir: “Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda gündən-günə artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər