Operativ Məlumat Mərkəzi

Kamran Əliyev: “Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar”

1 dəq
Paylaş:
Kamran Əliyev: “Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar”
bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib. "May ayının 26-da iki erməni hərbiçisinin Azərbaycan sərhədini pozaraq...

“Təəssüf ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

"May ayının 26-da iki erməni hərbiçisinin Azərbaycan sərhədini pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - Baş prokuror vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər