Operativ Məlumat Mərkəzi

Baş nazir: Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə köçürülüb

1 dəq
Paylaş:
Baş nazir: Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə köçürülüb
bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib. Ə.Əsədov bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban...

Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə, yəni 9 306 nəfər köçürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

Ə.Əsədov bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir:

"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılıb (o cümlədən 2025-ci ildə 4 mlrd. manat)".

Bu xəbəri paylaş

Oxşar xəbərlər