İspaniyanın “Barselona” klubu İngiltərənin “Arsenal” komandasının vingeri Qabriel Martinellinin transferi ilə maraqlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Managing Barca” portalına istinadən xəbər verir ki , kataloniyalılar 24 yaşlı braziliyalı futbolçunu öz sıralarında görməyi hədəfləyir.
Qeyd edək ki, Martinellinin xidmətində maraqlı olan tək klub “Barselona” deyil. Daha əvvəl Almaniyanın “Bavariya” və Fransanın “PSJ” klublarının da futbolçunun transferi üçün mübarizəyə qoşulacağı barədə xəbərlər yayılmışdı.
Avropanın aparıcı klublarının diqqət mərkəzində olan oyunçunun bazar dəyəri “Transfermarkt” tərəfindən 45 milyon avro olaraq qiymətləndirilir.
Hazırda oyunçunun “Arsenal” ilə olan müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir, lakin razılaşmada əməkdaşlığın daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Ötən mövsüm ərzində Martinelli “Arsenal”ın heyətində keçirdiyi 53 rəsmi matçda 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.