Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Barselona" Yamalın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb

2 dəq
Paylaş:
"Barselona" Yamalın zədəsi ilə bağlı rəsmi açıqlama yayıb

İspaniyanın "Barselona" klubu gənc futbolçusu Yamalın səhhəti ilə bağlı rəsmi məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytında yer alan açıqlamaya görə, "Selta" ilə keçirilən və 1:0 hesabı ilə başa çatan matçdan sonra vingerin dizaltı vətərində zədə aşkarlanıb.

Bu səbəbdən gənc istedad mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.

Bununla belə, "Barselona" rəhbərliyi Yamalın iyun ayında start götürəcək 2026-cı il Dünya Çempionatına qədər bərpa olunacağını vurğulayıb.

Qeyd edək ki, 18 futbolçu bu mövsüm "" çərçivəsində 28 oyunda meydana çıxaraq 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında keçirdiyi 10 matçda 6 qol vurub və 4 assist edib.

Lamine Yamalın "" ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir və onun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax